Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2021 22:32
"İndiyədək 184 ölkədə 9 milyard dozaya yaxın vaksin vurulub. Bu da hər 100 nəfərə 116 doza deməkdir".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu məlumat "Bloomberg" agentliyinin son statistikasında yer alır.
Agentliyin yaydığı sənədə görə, dünya üzrə gündəlik orta vaksinasiya tempi 43,4 milyon doza təşkil edir. Bu temp saxlanılsa, 5 aydan sonra dünya əhalisinin 75%-i azı bir doza vaksin qəbul etmiş olacaq.
Ekspertlərin fikrincə, normal həyata qayıtmaq üçün əhalinin 75%-nin peyvəndlənməsi vacibdir. İndiyədək 38 ölkədə bu göstəriciyə nail olunub. Bununla belə, peyvəndləmə prosesi qeyri-bərabərdir. Aşağı gəlirli ölkələrlə müqayisədə yüksək gəlirli ölkələrdə proses 10 dəfə daha sürətlə gedir.
"Bloomberg"in hesablamalarına görə, Çində 2,7 milyard doza peyvənd vurulub. Əhalinin 85,2%-i tam vaksinasiya kursu keçib. ABŞ-da bu göstərici 61,7%, Almaniya, Böyük Britaniya və Fransada 70%-dən yuxarıdır.