Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağda ermənilərdən ibarət qanunsuz birləşmələr ləğv ediləcək - Moskvadan ŞƏRH

Qarabağda ermənilərdən ibarət qanunsuz birləşmələr ləğv ediləcək - Moskvadan ŞƏRH

Tarix: 28 Dekabr 2021 09:57

"9 Noyabr (2020-ci il) bəyanatının bəndləri ilə tanış olduğum gündən demişdim ki, Qarabağda Azərbaycanın suverenliyi bərpa ediləcək".

Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayış məsələsi Rusiyanın maraqlarına zidd deyil:

"BMT və ATƏT-in Minsk Qrupunun Qarabağa müstəqillik vermək üçün əsası yoxdur. Yuqoslaviya ssenarisinin Azərbaycana münasibətdə təkrarlanma ehtimalı sıfırdır, çünki BMT-də Azərbaycan etnik təmizləmə aparan, soyqırım törədən dövlət kimi müzakirə edilmir. Demək ki, Qarabağda Kosovo kartından istifadə edə bilmədilər.

Qərbin İraq, Yuqoslaviya variantları Azərbaycana qarşı tətbiq edilməyəcək. Həm də ona görə ki, strateji müttəfiq Rusiya 90-cı illərin zəif dövləti deyil ki,  Səudiyyədən aldığı pulun müqabilində "Körfəz müharibəsinə" təkcə "Jirinovskini göndərsin", nə də ölücan Yeltsinin rəhbərlik etdiyi dövlətdir ki, Belqradın məhvinə göz yaşları ilə tamaşa eləsin.  

Qarabağda Azərbaycanın suverenliyinin bərpası üçün ilk növbədə erməni yaraqlılarından ibarət qanunsuz birləşmələr ləğv ediləcək, sonra Xocalı və Əsgəran qəsəbələrinə, Kəlbəcər, Şuşa və Tərtər rayonlarının işğalda olan kəndlərinə oradan qovulan azərbaycanlılar qaytarılacaq. Asayişi qorumaq üçün sülhməramlı kontingentin sayı artırıla bilər. Qayıdış prosesinə start ən azı 5 ildən sonra veriləcək. Əvvəlcə 7 rayon məskunlaşacaq, sonra Xocavənd, Tərtər rayonları, Şuşa şəhəri və daha sonra növbə yuxarıda qeyd etdiyim yaşayış məntəqələrinə çatacaq.

Deməliyəm ki, Qərb bu məsələdə heç bir maneə yarada bilməz ki, bu onun multikulturalizm ideologiyasına ziddir. Rusiya da köçkünlərin qayıdışına maneə deyil, çünki birgə yaşayış Rusiyanın maraqlarına zidd deyil".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Qarabağda ermənilərdən ibarət qanunsuz birləşmələr ləğv ediləcək Moskvadan ŞƏRH


RƏYLƏR