Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaretin aksiz dərəcəsi artırılıb

Siqaretin aksiz dərəcəsi artırılıb

Tarix: 29 Dekabr 2021 17:16

Gələn il yanvarın 1-dən siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin Vergi Məcəlləsinə dəyişikliyin təsdiqi ilə bağlı imzaladığı fərmanda əksini tapıb.

Beləliklə, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.

Həmçinin, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.


Etiketlər:  Siqaretin aksiz dərəcəsi artırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ