Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldunun heykəli etirazla qarşılandı - FOTO

Ronaldunun heykəli etirazla qarşılandı - FOTO

Tarix: 29 Dekabr 2021 21:38

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun Hindistanın Qoa əyalətində yeni ucaldılan heykəli qarşıdurmalara səbəb olub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, heykəlin açılışı zamanı bir qrup etirazçı qara bayraq dalğalandırıb.

Belə ki, Ronalduya əyalətin Panaji bölgəsində futbolu sevdirmək və gənclərdə futbol həvəsini artırmaq məqsədilə ucaldılan heykəlin açılış mərasimi keçirilib.

Vaxtilə Portuqaliyanın müstəmləkəsi olan Qoa əyalətində Ronaldu çox sevilir. Bildirilir ki, bir çox qoalı keçmişdə Portuqaliyaya köçüb.

Etirazçılar Qoada Portuqaliyanın müstəmləkəçiliyindən ayrılmasının 60-cı ildönümü zamanı bu heykəlin qoyulmasını təhqir hesab ediblər.

Qeyd edək ki, heykəl üç il ərzində hazırlanıb. Pandemiya səbəbindən açılışının uzun müddət təxirə salındığı bildirilib.


Etiketlər:  Ronaldunun heykəli etirazla qarşılandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ