Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST-dən “Omicron” təhlükəsi ilə bağlı - Açıqlama

ÜST-dən “Omicron” təhlükəsi ilə bağlı - Açıqlama

Tarix: 29 Dekabr 2021 22:18

Koronavirusun "Delta" və "Omicron" ştamları pandemiyaya yeni yoluxmaların "sunami"sinə səbəb ola bilər.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST( rəhbəri Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, "Delta" və "Omicron" ştamlarına görə xəstəxanaya yerləşdirmə və ölüm halları artır.

ÜST rəhbəri qeyd edib ki, "Omicron"un daha yoluxucu olması xüsusi narahatlıq doğurur:

"Bu, bütün dünyada səhiyyə sistemlərinə təzyiqi əhəmiyyətli dərəcədə artıra biləcək "sunami" ilə nəticələnə bilər".

O bildirib ki, yeni ştamların ortaya çıxması mümkündür.

Qebreyesus, həmçinin, zəngin ölkələrdə koronavirusa qarşı gücləndirici peyvəndlərin yoxsul ölkələrdə yenidən dərman qıtlığına səbəb ola biləcəyini söyləyib.

"Peyvənd təchizatı vəziyyəti, ən azı indiki vaxtda yaxşılaşır. Buna görə də biz zəngin ölkələrin liderlərini və istehsalçıları dərs almağa və hər bir ölkə əhalisinin 70 faizinin 2022-ci ilin ortalarına qədər peyvənd edilməsi məqsədinə çatmaq üçün birgə işləməyə çağırırıq", - ÜST rəhbəri bildirib.

Təşkilat rəhbəri əlavə edib ki, peyvənd bərabərsizliyinə son qoyulması əhalinin və iqtisadiyyatın yeni koronavirus ştamlarından qorunmasında əsas elementdir:

"Kollektiv reaksiyanı təkmilləşdirməsək, virus inkişaf etməyə davam edəcək və təhlükə yaradacaq".


Etiketlər:  ÜST dən Omicron təhlükəsi ilə bağlı Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ