Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftimizin qiyməti 81 dolları ötdü

Neftimizin qiyməti 81 dolları ötdü

Tarix: 30 Dekabr 2021 15:20

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,32 ABŞ dolları və ya 2,94% artaraq 81,24 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (20-24 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,7 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,78 dollar və ya 1,03% çoxdur. Həftə ərzində ən yüksək göstərici (IV gün) - 79,24 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 72,04 dollar səviyyəsində olub.


Etiketlər:  Neftimizin qiyməti dolları ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ