Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bitki çaylarının zərərləri ortaya çıxdı: Əks təsir göstərə bilir!

Bitki çaylarının zərərləri ortaya çıxdı: Əks təsir göstərə bilir!

Tarix: 30 Dekabr 2021 22:36

Bitki çaylarının həzmsizlik, yuxusuzluq, qəbizlik kimi hallarda necə faydalı olduğunu bilirik.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, bitki çayları tövsiyə olunan miqdardan artıq miqdarda və uzun müddət istifadə edildikdə böyrəklərdə qıcıqlanmaya və bədəndə elektrolit balansının pozulmasına səbəb ola bilər.

Tərkibində güclü bioloji təsir komponentləri olan bitkilərdən çay kimi istifadə etmək təhlükəlidir. Bitkilərin təhlükəsizlik qiymətləndirmələrini nəzərə alaraq, "zəif təsirli bitkilər" qrupunda olan bitkilərin bitki çayı kimi istifadə edilməsi məqsədəuyğundur.

Adaçayı: Adaçayı ağız və boğaz iltihablarında təsirli olduğu bilinən bitkidir. Məlumdur ki, bitkinin tərkibindəki uçucu komponentlər ağız və boğaz iltihablarında (faringit, diş əti iltihabı kimi) faydalıdır. Ona görə də bu məqsədlə adaçayı ilə hazırlanmış ağız qarqarasından istifadə etmək məsləhətdir.

İtburnu: Tərkibindəki C vitamini ilə yanaşı, iltihabəleyhinə təsiri qrip və soyuqdəymə kimi yoluxucu xəstəliklərdə istifadə olunur.

Biyan kökü: Biyan kökü xüsusilə öskürəyə qarşı hazırlanan qarışıqlarda boğazda bəlğəmin mayeləşməsini təmin etməkdə təsirlidir.

Verbena: Verbena tərkibindəki verbenalin öskürək kəsicidir.

Evkalipt: Evkalipt soyuqdəymə zamanı boğaz ağrısını aradan qaldırmaq üçün antiseptik və öskürək zamanı bəlğəmgətirici kimi istifadə olunur.

Zəncəfil: Zəncəfil, limon və bal ilə çay soyuqdəymə, boğaz ağrısı və öskürək zamanı təsirlidir.

Hər bir ot üçün tövsiyə olunan miqdarın şəxsi faktorlar (yaş, bədən çəkisi, insanın dözümlülük səviyyəsi) və bitki ilə əlaqəli amillər (istifadə olunan hissə), həmçinin istifadə məqsədi və tezliyinə görə dəyişə bilir. Profilaktik məqsədlər üçün bir stəkan qaynadılmış suya bir paket bitki çayı əlavə edilməsi tövsiyə edilir.

Bəzi bitki çaylarının həddindən artıq istifadəsi qanın laxtalanmasının qarşısını alır və təzyiq dərmanları ilə qarşılıqlı təsir göstərə bilir. Bu səbəblə qan durulaşdıran dərmanlardan istifadə edənlərin, ürək xəstələrinin, hamilə qadınların, süd verən anaların, allergiyası olanların, öd kisəsində daşı olanların, böyrək xəstələrinin bitki çayı istifadə edərkən həkimə müraciət etmələri zəruridir.

Milli.Az


Etiketlər:  Bitki çaylarının zərərləri ortaya çıxdı Əks təsir göstərə bilir


RƏYLƏR