Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2019 15:04
Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir.
Qol.az saytının məlumatına görə, bu gün Azərbaycanın son 2 cüdoçusu fərdi yarışlara qoşulub.
İrina Kinderska və Uşangi Kokauri tatamiyə çıxıb. Lakin hər iki idmançı medalsız qalıb.
Qadınlar, +78 kq
İrina Kinderska 1/16 finalda mübarizəyə başlayıb. İdmançımız ardıcıl olaraq Tessi Savelkuls (Hollandiya) Şeyx Ruhu Nihelı (Tunis) məğlub edib. Lakin 1/4 finalda braziliyalı Maria Sulen Altemanla bacarmayıb. Kinderska təsəlliverici görüşdə digər braziliyalı Bitrayz Souza yenilərək, medal şansını itirib.
Kişilər, +100
Uşangi Kokauri isə çıxışını erkən başa vurub. O, 1/32 finalda avstriyalı Ştefan Hegyiyə ipponla uduzub.
Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.