Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 20:52
Bu yaxınlarda Əfqanıstanda qadınların təkbaşına səyahətinə qadağa qoyan "Taliban" mağazalarda manekenlərin "başını kəsmək" qərarı verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Mənəvi Təbliğ və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi və Herat vilayətində yerli "Taliban" administrasiyası tərəfindən açıqlanan qərarda bildirilib.
Heratdakı nazirlik rəsmisi Əziz Rəhman manekenləri "heykəllər" kimi təsvir edib və bu manekenlərin bütləşdirilə biləcəyini deyib.
Mağazaların etirazlarına baxmayaraq, nazirlik əməkdaşı manekenlərin "başının kəsilməsini" əmr edib və əmrə əməl olunmayacağı təqdirdə ciddi cəzaların veriləcəyi barədə xəbərdarlıq edib.