Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da Yeni il şənliyində atışma: 3 ölü, 4 yaralı - FOTO

ABŞ-da Yeni il şənliyində atışma: 3 ölü, 4 yaralı - FOTO

Tarix: 1 Yanvar 2022 22:46

ABŞ-ın Missisipi ştatının Qalfport şəhərində Yeni il şənliyi zamanı baş verən atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə yerli WLOX telekanalı polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şənlik zamanı baş verən mübahisə atışma ilə nəticələnib.

Telekanal bildirib ki, xəsarət alan bir nəfərin vəziyyəti ağırdır. Atışma zamanı yaralanan digər üç nəfərin - iki kişi və bir qadının həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


Etiketlər:  ABŞ Yeni şənliyində atışma ölü yaralı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ