Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2022 18:56
İspaniya "Barselona"sının qapıçısı Neto klubdan ayrılmaq istəyir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 33 yaşlı qolkiper bu barədə Kataloniya təmsilçisinin rəhbərliyini məlumatlandırıb.
Müntəzəm oyun praktikasının olmamasından narazı qalan braziliyalı oyunçu karyerasını ölkəsində davam etdirmək niyyətindədir. Neto "Barselona"nın "Flamenqo"dan gələn təklifi qəbul etməsini istəyib.
Qeyd edək ki, Neto cari mövsüm İspaniya La Liqasında 2 oyuna çıxıb və 3 qol buraxıb.