Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2022 09:08
Agent 007 Ceyms Bond haqqında filmləri ilə məşhur olan aktyor Deniel Kreyq kino və teatr sahəsindəki xidmətlərinə görə Britaniyanın Müqəddəs Maykl və Corc cəngavər ordeninə layiq görülüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunan sənəddə məlumat verilib.
Xatırladaq ki, keçən il Bond roluna görə aktyor Kral Donanmasının fəxri komandiri adını alıb.
Qeyd edək ki, Kreyq jurnalist və yazıçı, Britaniya hərbi kəşfiyyatçısı Yan Fleminqin romanları əsasında çəkilmiş son beş filmdə Ceyms Bondu canlandırıb.