Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2022 09:26
Koronavirusun beşinci dalğası Fransada sonuncu ola bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu "Journal du dimanche" qəzetinə müsahibəsində Fransanın səhiyyə naziri Olivye Veran bildirib.
Nazir yeni COVID ştammının çox yoluxucu olduğunu qeyd edərək, ölkədə yoluxmanın günlük artımının 250 minə çata biləcəyini proqnozlaşdırdığını xatırladıb.
Veranın sözlərinə görə, onun proqnozu demək olar ki, özünü doğruldub. Belə ki, 2021-ci ilin son günündə Fransada 232 min yoluxma halı qeydə alınıb.
"Bu ştamm bütün dünya əhalisinə təsir edəcək. Lakin onun yayılması immunitetin güclənməsinə səbəb olacaq. Bu ştammdan sonra hamımız virusa qarşı daha davamlı olacağıq. Pandemiyanın beşinci dalğasının sonuncu olacağına ümid edirəm", - deyə nazir bəyan edib.