Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2022 14:42
Türkiyəli məşhur musiqiçi Ozan Çolakoğlu son zamanlar gündəmdən düşməyən həyat yoldaşı Gülşenlə bağlı sualları cavablandırıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, müğənninin səhnə geyimlərinə qarışmadığını söyləyib:
"Gülşən xanımın libaslarına müdaxilə etmirəm. Təbii ki, fikrimi soruşur. Libasların dizaynını bəyənirəm, xoşlamayanların öz zövqüdür. Həddini aşmayan tənqidlər ola bilər, amma mən çox bəyənirəm".
Qeyd edək ki, Gülşenle Ozan Çolakoğlu 2016-cı ildə evlənib, 2017-ci ildə oğulları Azur Benan dünyaya gəlib.