Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA Abbas Hüseynovun qolunu paylaşdı - FOTO

UEFA Abbas Hüseynovun qolunu paylaşdı - FOTO

Tarix: 3 Yanvar 2022 17:08

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paylaşımda turnirin qrup mərhələsində iti bucaq altından vurulmuş 3 qol yayımlanıb.

"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun 3-cü turda Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da onların arasında yer alıb.

Xatırladaq ki, "Qarabağ" həmin görüşdə Abbasın 90+1-ci dəqiqədəki qolu ilə 2:1 hesablı qələbə qazanıb.

Milli.Az


Etiketlər:  UEFA Abbas Hüseynovun qolunu paylaşdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ