Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oyun üçün getmişdi, döyüldü - FOTO

Oyun üçün getmişdi, döyüldü - FOTO

Tarix: 3 Yanvar 2022 18:40

"Azad" rəqs qrupunun rəhbəri Rəhim Babayev qorxu evindən şikayətçidir.

Milli.Az olay-a istinadən yazır ki, bu barədə R. Babayev feysbukda məlumat verib.

R. Babayev bildirib ki, oyun zamanı fiziki şiddətə məruz qalıb:

"On nəfər idik. Bir adam üçün 18 manat ödəniş etdik. Dedilər ki, sadəcə aktyor sizə toxunacaq, qorxudacaq, başqa heç nə olmayacaq. Lakin oyun zamanı uşaqlar döyüldü. Ağızları, əlləri yaralı, qan içərisində oranı tərk etdik. Sonra dedilər ki, aktyor yenidir, ona görə bilməyib, səhvimiz var, bağışlayın. Amma susmayın, şikayət edin. Başqa hadisələr də ola bilərdi. Çünki uşaqların saçlarından tutub, üzlərinə vururdular, şallaqlayırdılar. Mən etiraz etdim. Guya bu oyunun şərti idi".

R. Babayev daha sonra status paylaşaraq hadisə ictimailəşdikdən sonra sözügedən oyun mərkəzinin bağlandığını, işçilərin çıxarıldığını deyib. 

Milli.Az


Etiketlər:  Oyun üçün getmişdi döyüldü FOTO


RƏYLƏR