Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saakaşvili yeni tələblər irəli sürdü və vaxt qoydu

Saakaşvili yeni tələblər irəli sürdü və vaxt qoydu

Tarix: 3 Yanvar 2022 20:12

Hazırda 12 saylı Rustavi həbsxanasında cəza çəkən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hakimiyyətə iki yeni tələb irəli sürüb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə onu ziyarət edən vəkilləri məlumat verib.

Hüquq müdafiəçisi Şota Tutberidze jurnalistlərə bildirib ki, Saakaşvilinin iki əsas tələbi var: konfidensiallığa riayət edilməklə rabitəni bərpa etmək və müstəqil həkimlərin ona baxış keçirməsi üçün şərait yaratmaq.

Tutberidzenin sözlərinə görə, bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə, Saakaşvili yanvarın 6-dan etirazın son formasına əl atacaq. Vəkil onun nədən ibarət olacağını dəqiqləşdirməyib.

Vəkillərin sözlərinə görə, hələ də Saakaşvilinin yanına müstəqil konsiliumun həkimlərini buraxmırlar.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabiltasiya kursu keçmiş, dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub. 


Etiketlər:  Saakaşvili yeni tələblər irəli sürdü vaxt qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ