Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2022 21:21
Son vaxtlar ortopedik ayaqqabılardan istifadə edənlərin sayı çoxalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim- travmatoloq Museyib Əhmədov həmin ayaqqabılara olan tələblərlə əlaqədar deyib: "Ortopedik ayaqqabılara daha çox erkən yaşlarda ehtiyac yaranır. Bu, daha çox anadangəlmə və uşaqlıq dövründə inkişaf edən yastıpəncəliliklə əlaqədar olur. Həmin halların qarşısının alınmasında ortopedik ayaqqabıların əvəzedilməz rolu var. Ortopedik ayaqqabılar çox rahat olmalıdır, onlarda ayağın normal olaraq medial qövsü, daban nahiyəsi olur və bunun üçün xüsusi yastıqların olması əhəmiyyətlidir. İstər daban nahiyəsi, istərsə də qövs nahiyəsində xüsusi yastıqların olması vacibdir".
Həkim-travmatoloq onu da deyib ki, həmin ayaqqabıların daban hissəsinin 2-3 santimetrdən hündür olmaması lazımdır. Uşaq və böyük ayaqqabılarına yanaşmalar fərqlidir. Ortopedik ayaqqabılar dəri materialdan hazırlanmalı və normal havalandırmaya malik olmalıdır. Xüsusən də ayaqqabının iç səthinə xüsusi diqqətlə yanaşılmalıdır.