Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə koronaya yoluxanların sayı iki dəfədən çox artdı

Türkiyədə koronaya yoluxanların sayı iki dəfədən çox artdı

Tarix: 4 Yanvar 2022 18:54

Türkiyədə dekabrın 11-də koronavirusun Omikron variantı qeydə alındıqdan sonra ölkə üzrə gündəlik COVID-19-a yoluxanların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, son iki həftə ərzində ölkə əhalisi arasında COVID-19 test nəticələri müsbət çıxanların sayında iki dəfə artım müşahidə edilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabr ayı ərzində ölkə üzrə ümumilikdə 686 min 962 nəfər COVID-19-a yoluxub. Gündəlik yoluxanların sayı isə orta hesabla 22 min 160 nəfər olub. Yanvarın 3-nə olan son göstəricilərə görə isə 44 min 869 yoluxma halı aşkarlanıb. Bununla da dekabrın 20-də 18,762 olan yoluxma sayı iki həftə ərzində iki dəfədən çox artıb.

Milli.Az


Etiketlər:  Türkiyədə koronaya yoluxanların sayı iki dəfədən çox artdı


RƏYLƏR