Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstan klubu da Emreliyə elçi düşdü

Yunanıstan klubu da Emreliyə elçi düşdü

Tarix: 4 Yanvar 2022 21:02

Azərbaycan millisinin hücumçusu Mahir Emreli daha bir klubun maraq dairəsinə düşüb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "Legiya"nın forvardı bu ölkədən növbəti təklifi alıb.

Heyətində dəyişikliklər etmək istəyən "Aris" hücum xəttini 25 yaşlı forvardla gücləndirmək niyyətindədir. Məlumatda o da vurğulanıb ki, hələ mövsümün əvvəlində bir neçə Yunanıstan klubu onu birdəfəlik transfer etmək şərtilə 6 aylıq icarəyə götürməyə cəhd edib. Hətta 2019-cu ildə AEK hücumçunun keçidinə yaxın olsa da, transfer son anda baş tutmayıb.

"Legiya"da qalmaq niyyətində olmayan və müqavilənin ləğv edilməsi üçün varşavalılara məktub göndərən Mahir Emreli Macarıstan "Fehervar"ı başda olmaqla bir neçə klubun maraq dairəsindədir.

Qeyd edək ki, "Legiya" ilə sözləşməsi 2024-cü ilin yayına qədər olan həmyerlimiz cari mövsüm 33 oyunda 11 qol vurub.


Etiketlər:  Yunanıstan klubu Emreliyə elçi düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ