Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 23:56
Yanvarın 12-nə təyin edilmiş Rusiya - NATO Şurasının iclasının gündəliyinə Avropada təhlükəsizlik, Ukraynadakı vəziyyət və hərbi şəffaflıqla bağlı məsələlər daxildir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq sosial media hesabında yazıb.
"Mən Avropada təhlükəsizlik, Ukraynada son vəziyyət, risklərin azaldılması və qarşılıqlı şəffaflıq məsələlərini müzakirə etmək üçün yanvarın 12-nə Rusiya - NATO Şurasının iclasını çağırdım" - deyə, Alyansın rəhbəri bildirib.