Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 13:38
İsmayıllı rayonu, Vəng kəndinin sakinləri pay torpaqlarını rəsmiləşdirə bilmirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər 1996-cı ildə verilmiş pay torpaqlarının indi rəsmi şəkildə onlara məxsus olmadığını bildirir.
Kənddə 1996-cı ildə torpaq islahatları aparılıb və dövlət aktı əsasında kənd sakinlərinə pay torpaqları verilib. 2019-cı ildə kənd ərazisində peyk vasitəsilə çəkilişlər aparılıb. Sakinlər iddia edirlər ki, bu zaman əhaliyə aid olan bir neçə hektar torpaq sahəsi texniki səhv ucbatından qeydə alınmayıb.
Kənd sakinlərin iddialarına görə, əvvəldən bu kənddə torpaq islahatı düzgün aparılmayıb. Elə bu səbəbdən də vəziyyət sonradan daha da qəlizləşib. Sakinlər onu da qeyd edirlər ki, Vəng kəndində yaşasalar da, onlara Urşan-Hacıhətəmli kəndi ərazisində torpaq sahəsi ayrılıb.
Məsələ ilə bağlı Vəng kənd bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirildi ki, peyk vasitəsilə aparılan çəkilişlərdə texniki səhv var. Sahibkarlara ayrılan torpaq sahələrindən bir neçə hektarı qeydə alınmayıb. Bu məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət ünvanlanıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: