Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 20:02
"Vaksindən imtina - eqoizmdir".
Sonxeber.net "Report"a istinadən bildirir ki, belə bir açıqlama ilə italiyalı sabiq baş məşqçi Fabio Kapello çıxış edib. O bildirib ki, polislər vaksin vurdurmağa borcludurlarsa, futbolçuların bunu etməmələri anlaşılmazdır: "Peyvənd olunmayan futbolçular cəmiyyətə zərər vururlar. Onların maaşlarını kəsmək lazımdır. Vaksin edilənlər xəstəliyi asan keçirir və tez bərpa olunurlar".
Əvvəllər Kapello İspaniyanın "Real Madrid", İtaliyanın "Milan", "Roma" və "Yuventus", Çinin "Tszyansu Sunin" klublarının, eləcə də İngiltərə və Rusiya yığmalarının baş məşqçisi olub.
Qeyd edək ki, A Seriyası Avropa futbolunda ən yüksək peyvəndlənmə göstəricisinə malikdir. Burada oyunçu və digər əməkdaşların 98 faizi vaksinləşdirilib. İtaliya çempionatı yanvarın 6-da bərpa olunacaq.