Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2022 19:14
Polşada 20 il axtarışda olan qatil COVID-19 epidemiyası səbəbiylə tətbiq edilən maska qadağasını pozaraq ələ keçib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Varşavanın polis müfəttişi Elvira Kozlovska paytaxtın şimal-şərqindəki Belyanı şəhərindəki bir mağazada maskasız gəzdiyi üçün saxlanılan şəxsin qətlə görə 25 il həbs cəzası alan qaçaq məhbus olduğunu açıqlayıb.
45 yaşlı məhkum dərhal həbsxanaya aparılıb.
Qaçaq qatilin 2002-ci ildə adam öldürüb parçalayaraq, qurbanın ətini yeməkdə təqsirli bilindiyi qeyd edilib.