Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 11:18
Çin rəhbəri Si Cinpin yeni ildə Xalq Azadlıq Ordusuna ilk yazılı əmrini verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, bildirib ki, müharibə şərtləri qabaqcıl texnologiyaların dəyişməsi səbəbindən yenidən işlənib hazırlanmalıdır.
Sənəddə Çin lideri milli təhlükəsizliyin və müharibə şəraitinin dəyişən mənzərəsini effektiv şəkildə dərk etməyin vacibliyini vurğulayıb. O, qeyd edib ki, ordudakı bütün zabit və əsgərlər komandanlıq, eləcə də döyüş bacarıqlarını təkmilləşdirəcək təlim keçməlidirlər.
Ölkə başçısı həmçinin təlim və əməliyyat təcrübəsinin daha yaxşı birləşdirilməsi, texnologiyalardan istifadənin artırılmasını tapşırıb.