Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2022 13:20
Aksiz dərəcələri artırıldı, qiymətlər qalxdı...
Yanvarın 1-dən Azərbaycanda istehsal olunan tütün məmulatları və spirtli içkilərin aksiz dərəcələri artırılıb. Qərarın qüvvəyə mindiyi gündən çox keçmədiki, bazarda belə məhsulların qiymətidə qalxdı. Bu da təbiiki, siqaret və spirtli içkilərdən istifadə edənlərin büdcələrinə bir başa təsir edir.
Millətvəkili Rüfət Quliyev fikrincə, aksiz dərəcəsi ilə parallel satış qiymətlərinin də qalxması normal haldır və bu, bazar iqtisadiyyatının tələbidir. Millətvəkili həmçinin bildirir ki, aksiz dərəcələrinin artrılması büdcəyə gələn vəsaitlərin idarə olunması və xoşagəlməz hallarla mübarizə məqsədi daşıyır.
İqtisadçı ekspert Rəşad Həsənov isə deyir ki, həm spirtli içkilərin, həmdə tütün məmulatlarının bahalaşmasına təkcə aksiz dərəcələri təsir etmir. Burada başqa amillərdə mövcuddur.
Rəşad Həsənovun sözlərinə görə, tütün məmulatlarındakı bahalaşma bir sıra problemlərə gətirib çıxarır. Beləki, istehsalçılar tələbata uyğun olaraq ucuz və keyfiyyətsiz məhsullar istehsal edirki, bu da insane sağlamlığı üçün təhlükə deməkdir.
İqtisadçı həmçinin bildirirki, belə məhsullar zəruri qida olmadığı üçün dövlət proqramlarında onların qiymətinin ucuzlaşması ilə bağlı xüsusi layihələr yoxdur.
İçməli spirtin, arağın, tündləşdirilmiş içkilərin və içki materiallarının, konyak və materiallarının hər litri üçün aksiz dərəcəsi 3,2 manatdan 4 manata, siqaretlər və əvəzedicilərinin 1000 ədədinə 35 manatdan 38,5 manata, qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının 1000 ədədinə isə 12,9 manatdan 14 manata qaldırılıb.Adı çəkilən məhsulların aksiz dərəcəsinin artırılması isə satış qiymətinə də təsirsiz ötüşməyib. Beləki marketlərdə tütün məmulatlarının və spirtli içkilərin qiymətində kifayət qədər artım müşahidə olunur.
Sonxeber.net xəzər xəbər-ə istinadla sujeti təqdim edir: