Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səmada görünən UNO insanları qorxutdu - VİDEO - FOTO

Səmada görünən UNO insanları qorxutdu - VİDEO - FOTO

Tarix: 8 Yanvar 2022 17:42

Çilinin paytaxtında səmada uçan naməlum obyekt müşahidə olunub. Məlumata görə əsrarəngiz obyekt iki saat Santyaqo üzərində dövr edib. Gözləri qamaşdıran ağ işıq saçan cisim bir müddət səmada asılı qaldıqdan sonra qəfildən sürətlə və tamamilə səssiz uçaraq yoxa çıxıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı kadrları çilili rieltor və həvəskar fotoqraf Hugo Franzani çəkib.

Onun sözlərinə görə, obyektdən yayılan impulslu və kamera flaşı kimi parlaq ağ işıq, vaxtaşırı rəngini dəyişərək mavi, yaşıl və qırmızı çalardarda görünüb.

Franzani həmçinin onu bildirib ki, səmada UNO-nu görən kimi telefonunu götürərək çəkilişlərə başlayıb - lakin çəkdiyi dörd videodan üçündə səs işləsə də, video tamamilə qara çıxıb, yalnız bir videoda obyekt görünüb. Təcrübəli fotoqraf nə əvvəl, nə də sonra telefonunda belə bir problem yaşamadığını vurğulayıb.

İki dəqiqəlik videodakı obyekt bir anlıq yoxa çıxır, sonra güclü işıqla yanıb-sönərək yenidən peyda olur.

Franzani deyib ki, obyektin işıqları sönəndə onun "siqara bənzəyən" formasını ayırd edə bilib.


Etiketlər:  Səmada görünən insanları qorxutdu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ