Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2022 20:45
Açması sidik yollarının ağırlaşmamış infeksiyası olan SYAİ-yə demək olar ki, bütün yaş qruplarında rast gəlimir. İlk baxışda qorxulu olmayan bu xəstəlik vaxtında müalicə olunmazsa ağır fəsadlara səbəb olur. SYAİ kəskin, residivləşən və simptomsuz olaraq 3 qrupa ayrılır:
Kəskin SYAİ - Yuxarı və ya aşağı sidik yollarının kəskin infeksiyası olub, böyrək və sidik kisəsindən sidik axının pozulması, sidik sisteminin struktur dəyişiklikləri, ağır fon xəstəlikləri olmadan inkişaf edir.
Residivləşən SYAİ - 6 ay ərzində 2 və ya 1 il ərzində 3 epizodla təkrarlanır.
Simptomsuz bakteriuruya - Klinik əlamətlər olmur. Sidiyin 1 həftə ara olmaqla 2 bakterioloji analizlərində eyni törədicinin ştamı aşkar edilir.
Kliniki təsnifatı:
1. Qadınlarda menopauzaya qədər olan sistit və uretrit
2. Hamilə olmayanlarda kəskin ağırlaşmamış pielonefrit
3. Qadınlarda postmenopauzada SYAİ
4. Cavan kişilərdə SYAİ
Epidemiologiya - Qadınlarda kişilərə nisbətən çox rast gəlinir. Dünyada hər 2 qadından biri həyatlarında ən azı 1 dəfə SYAİ ilə xəstələnir
Etiologiya -SYAİ əsas törədicisi Escherichia coli-dir. (75-90%). Daha az törədir: Stapylococcus saprophyticus,Proteus mirabilis,Enterecoccus spp.Klebsiella spp və s.
Klinika:
Aşağı sidik yollarının ağırlaşmamış infeksiyası (kəskin dizuriya sindromu)
Kiçik porsiyalarla sidiyəgetmə
Terminal makrohematuriya - sidiyin sonunda qan gəlməsi (həmişə yox)
Gündüz və/və ya gecələr tez-tez sidiyəgetmə
Siyimə zamanı yandırma, göynəmə, ağrı hissiyatı
Sidik kisəsinin tam boşalmaması hissiyatı
Qasıqüstü nahiyədə ağrı
İmperativ (məcburi) sidiyəçağırma
Kəskin ağırlaşmamış pielonefritlər:
Bel nahiyəsində ağrı
Ürəkbulanma,qusma
Bədən T-un 38ºC dən yuxarı olması
Hamilələrdə - Əsasən kəskin sistit rast gəlinir. Lakin simtomsuz bakteruriyası olan 20-40% qadınlarda hamiləlik zamanı pielonefrit inkişaf edir ki, bu da vaxtında və düzgün müalicə olunmazsa vaxtından qabaq doğuşla, aşağı bədən çəkili(