Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ''Wolkswagen'' maneəyə çırpıldı, ölən və yaralanan var

Bakıda ''Wolkswagen'' maneəyə çırpıldı, ölən və yaralanan var

Tarix: 2 Sentyabr 2019 10:24

Bakı. Samir Əli - Trend:

Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Bakı-Mərdəkan avtomobil yolunun 5-ci kilometrliyində qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədov Fərid Məmmədağa oğlu idarə etdiyi "Wolkswagen Passat" markalı 01 BS 332 dövlət nömrə nişanlı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən Mərdəkan körpüsünü keçəndən sonra idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin - 1997-ci il təvəllüdlü Şükürlü İsmayıl Ədalət oğlu hadisə yerində ölüb. F.Məmmədov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Wolkswagen maneəyə çırpıldı ölən yaralanan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ