Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2022 02:18
Meksikanın Puebla əyalətindəki Tlaçiçuka şəhərinə tarixdə ilk dəfə qar yağıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, şəhərdə yağan qarın hündürlüyü 14 santimetrə çatıb. İlk dəfə yaşadıqları şəhərin qara büründüyünü görən sakinlər heyrətə düşdüklərini bildiriblər.
Lakin tarixlərində ilk dəfə qarşılaşdıqları şəhərdə problemlər də yaradıb. Şəhər meriyası qar səbəbilə bağlanan yolların açılması üçün tədbir görüləcəyini, tarlalardakı məhsullarına ziyan dəyən vətəndaşlara dəstək veriləcəyini açıqlayıb.