Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda sürücülük hüququ olmayan şəxs 42 yaşlı kişini vurub öldürdü

Cəlilabadda sürücülük hüququ olmayan şəxs 42 yaşlı kişini vurub öldürdü

Tarix: 2 Sentyabr 2019 12:06

Bakı. Samir Əli - Trend:

Cəlilabadda 42 yaşlı kişini maşın vurub.

Trend-in məlumatına görə, hadisə rayonun Səhrədabad kəndi ərazisində baş verib.

Kənd sakini Hüseynov Eldəniz Əlirza oğlu sürücülük hüququ olmadan Ağstafa rayon sakini Mehdiyev Eldəniz Zirəddin oğluna məxsus "QAZ 31-10" markalı avtomobillə Səhrədabad-Ləkik avtomobil yolu ilə hərəkətdə olarkən yolu keçən, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1977-ci il təvəllüdlü Abbasov Qafur Vahid oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Cəlilabadda sürücülük hüququ olmayan şəxs yaşlı kişini vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ