Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

EDHO bitdi, qalmaqal bitmədi: Telekanal məhkəməyə müraciət edəcək

EDHO bitdi, qalmaqal bitmədi: Telekanal məhkəməyə müraciət edəcək

Tarix: 11 Yanvar 2022 09:06

Oktay Kaynarcanın baş rolu oynadığı "Eşkıya Dünyaya Hükümdar Olmaz" (EDHO) serialının 200-cü bölümünün 26 oktyabr saat 20.00-da ekranlara çıxacağı anons edilsə də, yayım baş tutmamış və serialın başa çatdığı bildirilmişdi.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o zaman yayılan məlumatlara görə, hadisəyə səbəb Türkiyənin ATV telekanalı ilə istehsalçı şirkət arasındakı maliyyə anlaşılmazlığı olmuşdu.

Bu yaxınlarda serialın Oktay Karnarca olmadan başqa bir rəqəmsal platformda yayımlanacağı barədə çıxan xəbərlərdən sonra ATV EDHO-nun istehsalçısı olan "BVB Film Yapım Prodüksiyon A.Ş." və Bahadır Özdeneri məhkəməyə verməyə hazırlaşır. Telekanalın 165 milyon lirə məbləğində təzminat iddiası irəli sürdüyü bildirilir.

ATV-dən verilən açıqlamaya görə, EDHO serialının bütün hüquqları məhz bu telekanala məxsusdur və onun, yaxud da bənzərinin digər bir kanal tərəfindən hansı adla olursa-olsun yayımlanması qeyri-mümkün və qanuna ziddir.


Etiketlər:  EDHO bitdi qalmaqal bitmədi Telekanal məhkəməyə müraciət edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ