Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaqların internet asılılığı ilə bağlı xəbərdarlıq edildi

Uşaqların internet asılılığı ilə bağlı xəbərdarlıq edildi

Tarix: 11 Yanvar 2022 14:54

Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.

Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda uşaqların internet asılılığından xilas olması üçün müvafiq tövsiyələr verilib. Onlar aşağıdakı kimidir:

- övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək  üçün telefondan, planşetdən istifadə etməyin;

- övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq; 

- günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;

- övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;

- övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;

- övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.

Milli.Az


Etiketlər:  Uşaqların internet asılılığı ilə bağlı xəbərdarlıq edildi


RƏYLƏR