Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avqust ayı ərzində AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 1701 müraciət daxil olub

Avqust ayı ərzində AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 1701 müraciət daxil olub

Tarix: 2 Sentyabr 2019 12:57

Bakı. Trend:

2019-cu ilin avqust ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1701 müraciət daxil olub. Daxil olan müraciətlərdən 314-ü sertifikatlaşdırma və qeydiyyat, 359-u idxal-ixrac əməliyyatları, 235-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 45 müraciət daxil olsa da, onlardan yalnız 10-u öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilmişdir.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 91-i işə qəbulla, 657-i isə digər xarakterli müraciətlər olmuşdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avqust ayı ərzində AQTA nın 1003 Çağrı Mərkəzinə 1701 müraciət daxil olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ