Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2022 23:58
Sabiq deputat Araz Əlizadə parlamentin boş qalan yerlərinə təkrar seçkilərdə namizədliyini irəli sürəcək.
Sonxeber.net modern.az-a istinadən bildirir ki, bu barədə Araz Əlizadə özü məlumat verib. O qeyd edib ki, səhhəti ilə əlaqədar ara verdiyi siyasi fəaliyyətinə davam edəcək:
"2020-ci ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilər zamanı səhhətimlə əlaqədar namizədliyimi verə bilməmişdim. İndi isə hər şey qaydasındadır və mən təkrar seçkilərdə iştirak edəcəyəm".
Araz Əlizadə Sosial-Demokrat Partiyasının (ASDP) sədri olduğunu xatırladıb və partiyanın xətti ilə seçkilərdə iştirak edəcəyini söyləyib:
"Təkrar seçkilərdə partiyadan namizədliyimi verəcəyəm. Bu dəfə də mən əvvəlki çağırışlarda təmsil etdiyim 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm".
Araz Əlizadə 2015-2020-ci illərdə fəaliyyət göstərmiş V Çağırış Milli Məclisin deputatı olub.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 2020-ci ilin fevralında keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticəsini ləğv etmişdi. Həmin dairədə isə mübarizə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğli ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında gedirdi.
İlkin nəticələrdə dairə üzrə lider namizəd Rauf Arifoğlu idi.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu yaxınlarda verdiyi açıqlamada parlamentin boş qalan yerlərinə tezliklə təkrar seçki keçiriləcəyini bildirib. Amma konkret vaxt açıqlamayıb.