Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2022 09:32
Türkiyənin estrada ulduzu Ajda Pekkan ötən gün qatıldığı toyda geyindiyi xəzi ilə diqqət çəkib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, müğənninin həqiqi, yoxsa süni dərindən istifadə etməsi müzakirə yaradıb.
"Söylemezsem Olmaz" proqramına telefonla bağlanan Pekkan heyvansevər olduğu üçün həqiqi kürk geyinmədiyini bildirib:
"Sizcə mən belə bir şey edəcəm? Mən əsla xəz geyinmirəm. Heyvanları sevirəm, yaşadığım yer pişik evi kimidir. Mən onlara yemək verirəm, kömək edirəm. Mən həmişə heyvan hüquqlarına maddi dəstək verirəm və onlardan razıyam. Dualarınızı qəbul edirəm. Super ulduzluğumu qapıda qoyub evə girirəm.
Demək istəyirəm ki, o kürkü geyinmişəm, geyinməmişəm, fərq etmir! Bu gün dünyada nələr baş verir, inflyasiya, uşaqlara zülm, insanların bədbəxtliyi, koronavirus olduğu haldan kürkdən danışmaq nə deməkdir? Heyvan hüquqlarını müdafiə edən bir adam əsl kürk geyinməz. Mən əvvəllər belə kobudluq etmişəm, səhvimi anladım".