Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2022 21:16
Son məlumata görə, Pakistanda rəsmi olaraq qeydə alınan 1,4 milyon əfqan qaçqın var.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarının yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, ötən il aprelin 15-dən dekabrın 31-dək Pakistanda Əfqanıstan qaçqınlarının siyahıya alınması ilə bağlı aparılan kampaniya uğurla başa çatıb, qaçqınlara vəsiqələr - "smart-kart" təqdim edilib. İçərisində beş yaşınadək 200 min uşaq olmaqla ümumilikdə yeni qeydə alınan 700 min qaçqına vəsiqələr təqdim olunub.
Vəsiqələrdə hər bir qaçqın haqqında biometrik göstəricilər yer alıb. Bu vəsiqə vasitəsilə səhiyyə və tədris müəssisələrində, banklarda qaçqınlara lazimi xidmət göstəriləcək.