Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarə relslərin üzərinə düşüb, pilot xilas edilib - VİDEO

Təyyarə relslərin üzərinə düşüb, pilot xilas edilib - VİDEO

Tarix: 12 Yanvar 2022 21:20

Los-Ancelesdə kiçik təyyarə Uaytman hava limanı yaxınlığında dəmir yolu üzərində qəzaya uğrayıb.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, kabinədə yalnız pilot olub, xilasedicilərin operativ tədbirləri sayəsində o, qatar təyyarəni sökməzdən əvvəl xilas edilib.

Bədənə taxılan videoda polisin qəzaya uğramış təyyarədən çıxararaq relslərdən uzaqlaşdırdığı və bir neçə saniyə sonra qatarın həmin təyyarənin qalıqlarını ətrafa səpələdiyi görünür.

Los-Anceles yanğınsöndürmə idarəsi qurbanı fiziki müayinədən keçirib və onu xəstəxanaya aparıb. Hələlik dəymiş ziyanın həcmi barədə məlumat verilmir.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, birmühərrikli Cessna 172 təyyarəsi qəzaya uğrayıb. Departamentin rəsmiləri göyərtədə yalnız bir nəfərin olduğunu və başqa itkilərin olmadığını təsdiqləyiblər. Yanğın və yanacağın dağılmasının qarşısı alınıb. Qəzaya görə qatarların hərəkəti məhdudlaşdırılmayıb.

Yanğınsöndürmə xidməti Cessna 172-nin qəzaya uğradığı əraziyə yaxın yolların işlər tamamlanana qədər bağlanacağını bildirib.

Milli.Az


Etiketlər:  Təyyarə relslərin üzərinə düşüb pilot xilas edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ