Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 14:52
Cəlilabad rayonu, Moranlı kənd məktəbi təhlükəli vəziyyətlə üz-üzədir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, məktəbin divarları çat verib, tavanı şagirdlərin üstünə uçur, partaları otən əsrdən qalma, sinif otaqları isə çox soyuqdur.
Tənəffüs zamanı uşaqların haylı-küylü hərəkətini görməsən, buranın təhsil ocağı olduğu kimsənin ağlına gəlməz. Amma illərdir ki, Moranlı uşaqları bu məktəbdə təhsil almağa çalışır.
Kənd sakinləri bildirirlər ki, uzun illərdir, məktəb qəzalı vəziyyətdədir. Valideynlər hər an uçmaq təhlükəsi ilə üz-üzə olan məktəbdə təhsil alan ovladları üçün çox narahatdırlar.
Xatırladaq ki, Moranlı kənd orta məktəbi 1988-ci ildə taxta konstruksiyalardan tikilib. İndiyə qədər heç bir əsaslı təmir işləri aparılmayıb. Hazıda məktəbdə 100-ə yaxın şagird təhsil alır. Məktəbin qəzalı olması müəllimləri də narahat edir.
Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirdilər ki, rayonda son 3 ildə 25 yeni məktəb binası tikilib, 1 məktəb binası isə əsaslı təmir edilərək istifadəyə verilib. "Regionların 2019-2023-cü illərdə sosial- iqtisadi inkişafı" Dövlət Proqramında Moranlı kənd ümumi orta məktəbinin də yerində modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: