Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tvitter Trampla bağlı paylaşıma görə Xameneinin hesabını bağladı - FOTO

Tvitter Trampla bağlı paylaşıma görə Xameneinin hesabını bağladı - FOTO

Tarix: 15 Yanvar 2022 23:52

Tvitter ABŞ-ın sabiq Prezidenti Donald Trampı təhdid edən yazı ilə çıxış edən İranın Ali lideri Əli Xameneinin hesabını bağlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Xameneinin "khameneisite" adlı rəsmi Tvitter səhifəsi İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə göstəriş verən Trampın öldürülməsini əks etdirən animasiya paylaşdıqdan sonra hesab dondurulub.

Daxil olmaq istəyənlər "Hesab dayandırıldı. Tvitterin qaydalarını pozan hesablar dayandırılır" xəbərdarlığı ilə qarşılaşır.

Qeyd edək ki, Xameneinin rəsmi internet saytında və saytın sosial media hesablarında "İntiqam qətidir" mesajı ilə Süleymaninin öldürülməsinə göstəriş verən Trampın öldürüldüyünü göstərən animasiya yayımlanıb.

Xatırladaq ki, Xameneinin internet saytının "khamenei_site" Tvitter hesabı da keçən il Trampa sui-qəsdi nəzərdə tutan yazıya görə bağlanmışdı.

Milli.Az


Etiketlər:  Tvitter Trampla bağlı paylaşıma görə Xameneinin hesabını bağladı FOTO


RƏYLƏR