Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Silsilə oğurluqlar törədən şəxslər saxlanılıb

Silsilə oğurluqlar törədən şəxslər saxlanılıb

Tarix: 17 Yanvar 2022 13:28

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törədən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə silsilə şəkildə oğurluqlar törədən rayon sakinləri Mübariz Bayramov, Tural Hümbətov və Ruslan Şəmilov saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin müxtəlif vaxtlarda elektrik naqilləri, avtomobil ehtiyat hissələri, məişət əşyaları və s. oğurlayaraq vətəndaşlara maddi ziyan vurduqları aşkar edilib.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər tədbirlə narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Fərhad Səlimov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Silsilə oğurluqlar törədən şəxslər saxlanılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR