Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 20:55
2016-cı ildə 57 yaşında dünyasını dəyişən dünya şöhrətli müğənni və bəstəkar Prinsin mal-dövləti ilə bağlı 5 illik məhkəmə prosesi yekunlaşıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, ölməzdən əvvəl mirasını açıqlamayan sənətçinin potensial varislərinin başlatdığı hüquqi mübarizə nəticəsində ifaçının sərvətlərinin ümumi dəyəri 156,4 milyon dollar olaraq müəyyən edilib.
ABŞ-da Daxili Gəlir Xidməti ilə "Comerica Bank & Trust" adlı miras idarəçiliyi qurumu Prinsin aktivlərinin məbləği ilə bağlı razılığa gəliblər.
Dövlət qurumu əvvəlcə Prinsin aktivlərini 163,2 milyon dollar, "Comerica Bank & Trust" isə 82,3 milyon dollar dəyərində tanıyıb.
ABC qəzetinin xəbərinə görə, miras dəyərinin müəyyən edilməsi, varlıqların vərəsələrə bölüşdürülməsi üçün gələn ay tədbir görülməsi deməkdir.