Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 15 yaşlı qızı evlənmək məqsədilə qaçırıblar

Bakıda 15 yaşlı qızı evlənmək məqsədilə qaçırıblar

Tarix: 18 Yanvar 2022 09:56

Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Nizami rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R. Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda yaşlı qızı evlənmək məqsədilə qaçırıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ