Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AGF-nin Ümumi Yığıncağı keçirilib - FOTO

AGF-nin Ümumi Yığıncağı keçirilib - FOTO

Tarix: 18 Yanvar 2022 19:04

Yanvarın 18-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 12-ci Ümumi Yığıncağı keçirilib.

AGF-dən verilən məlumata görə, hesabat xarakteri daşıyan tədbirdə AGF-nin İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər.

İclasda federasiyanın Baş katibinin 2021-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, gimnastlarımızın Tokio-2020 Olimpiya Oyunlarında iştirakı, paytaxtımızda keçirilən beynəlxalq yarışlar və AGF-nin beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabatı dinlənilib.

Daha sonra AGF-nin ötən il üzrə maliyyə hesabatı təqdim edilib.

Hesabatların təsdiqindən sonra, federasiyanın fəaliyyəti ilə əlaqədar yığıncağın gündəliyində duran digər məsələlərə baxılıb.


Etiketlər:  Ümumi Yığıncağı keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ