Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur sənətçi içki içib təyyarədə dava saldı - VİDEO

Məşhur sənətçi içki içib təyyarədə dava saldı - VİDEO

Tarix: 19 Yanvar 2022 20:25

Məşhur rusiyalı balerina Anastasiya Voloçkova təyyarə göyərtəsində yaratdığı qalmaqala görə polisə aparılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, balerina Maldiv adalarından Moskvaya uçan təyyarədə maska ​​taxmaqdan imtina edib. Bu da heyətlə Anastasiya arasında gərginliyin yaranmasına səbəb olub. O, həmin anların videosunu çəkərək sosial media hesabında paylaşıb.

Təyyarə Şeremetyevo hava limanına endikdən sonra oraya polis əməkdaşları cəlb olunub. Rusiyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Voloçkova ilə polis arasında da problem yaşanıb. Bu səbəbdən onun barəsində xuliqanlıq da daxil olmaqla iki protokol tərtib edilib.

Bu maddələrə görə, o, 15 günə qədər həbs oluna, həmçinin 30 min rubla qədər cərimə ilə üzləşə bilər.

"TASS"ın verdiyi məlumatına görə, tibbi ekspertizanın rəyinə əsasən, Anastasiya həmin an sərxoş olub.

Sərnişinlərin sözlərinə görə, təyyarədə qalmaqal bir saat davam edib və balerinanı hərəkətindən çəkindirmək mümkün olmayıb.

Milli.Az


Etiketlər:  Məşhur sənətçi içki içib təyyarədə dava saldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ