Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəri quruluğunun yaranma SƏBƏBLƏRİ: Necə nəmləndirmək olar?

Dəri quruluğunun yaranma SƏBƏBLƏRİ: Necə nəmləndirmək olar?

Tarix: 20 Yanvar 2022 18:24

Dəri ilə bağlı ən çox rast gəlinən problemlərdən biri onun quruluğudur. Bu xüsusilə qış aylarında daha da artır. Çünki soyuq hava dərinin nəmliyini azaldır. Bundan əlavə, dəridəki quruluq qaşınmaya, dərinin qalınlaşmasına, qıcıqlanmalar və müxtəlif infeksiyalara gətirib çıxara bilər. Dəri qalınlaşdıqda onun rəngi də dəyişir. Qaşınması isə ekzemaya səbəb olur. Cavan yaşlarda bunlar ciddiyə alınmasa, yaşlandıqda digər problemlər də yarada bilər.

Bəs, dəri quruluğunun qarşısını necə ala bilərik ?  

Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, isti su dəri quruluğunu artıran ən vacib faktorlardan biridir. Çalışın üzünüzü ilıq su ilə yuyun. 

Yuma zamanı tərkibi yağlı olan şampunlardan istifadə edin. 

Hər duşdan sonra üzünüzü və bədəninizi yaxşıca nəmləndirin. 

Dərini təmizləmək üçün PH səviyyəsini özündə saxlayan məhsulları seçin. 

İsti havalarda günəşə qarşı qoruyucu kremdən istifadə etməyə üstünlük verin. Çalışın gün işığına çox məruz qalmayın. 

Soyuq havalarda isə əl quruluğunun qarşısını almaq üçün əlcəklərdən istifadə edin. 

Çalışın yun və sintetik tərkibli geyimlərdən uzaq durun. 

Ən əsası isə bol-bol su için.


Etiketlər:  Dəri quruluğunun yaranma SƏBƏBLƏRİ Necə nəmləndirmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ