Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəisinin ilk səfəri: Rusiyaya bu sazişlərlə gedib

Rəisinin ilk səfəri: Rusiyaya bu sazişlərlə gedib

Tarix: 21 Yanvar 2022 13:24

Moskva İbrahim Rəisinin İran prezidenti seçildikdən sonra səfər etdiyi ilk xarici paytaxt olub. Bu da onun Rusiya ilə bütün səviyyələrdə strateji əlaqələri gücləndirmək istəyindən xəbər verir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Rai AL Youm" nəşrinin yaydığı məqalədə deyilir.

"Bu səfərin vaxtı təsadüfən seçilməyib. Tehran və Vaşinqtonun İran nüvə sazişinə qayıtması ilə bağlı Vyanada aparılan danışıqlar yekunlaşmaq üzrədir. Ukrayna ətrafında vəziyyət son həddə çatmaq təhlükəsi yaradır. İsrail İranın nüvə obyektlərini məhv etməklə hədələyir. Əfqanıstanda daxili qeyri-sabitlik və xaos ABŞ-ın uğursuz siyasətinin nəticəsidir.

Bu baxımdan İran lideri və onu müşayiət edən nümayəndə heyətinin Rusiyaya səfəri və Prezident Putinlə görüşündə siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığın müzakirəsi olub. Rəisi də öz növbəsində təsdiq edib ki, İran tərəfi rusiyalı həmkarlarına iki ölkə arasında ən azı 20 ilik perspektivi müəyyən edə biləcək strateji əməkdaşlıq haqqında sənədi təhvil verib. Bu, 2021-ci ilin martında İran və Çinin xarici işlər nazirləri tərəfindən imzalanmış hərtərəfli əməkdaşlıq sazişini xatırladır ki, bu sazişə əsasən Pekin 25 il ərzində İran iqtisadiyyatına 450 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Bir çox ölkələr bu səfəri və onun nəticələrini izləyir. Şübhəsiz ki, bu səfər və onun ehtimal olunan nəticəsi ABŞ, İsrail, Avropa və onların bəzi müttəfiq ərəb dövlətlərində narahatlıq səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq", - deyə məqalədə bildirilib.


Etiketlər:  Rəisinin səfəri Rusiyaya sazişlərlə gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ