Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır

Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır

Tarix: 21 Yanvar 2022 21:00

Yanvarın 19-da, saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi faktı ilə bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Sonxeber.net xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı daxil olmuş sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər.

Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə olunub, meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.

Hazırda araşdırma davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək.


Etiketlər:  Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ