Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 08:10
Monteneqrodan olan narkotik klanlarından birinin lideri Serbiya prezidenti Aleksandr Vuçiçə sui-qəsd etmək üçün cinayətkar qrup təşkil edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Serbiya daxili işlər naziri Aleksandr Vulin bildirib.
Onun sözlərinə görə, nazirliyə yanvarın 14-də beynəlxalq cinayətkar qrup tərəfindən ölkə prezidentinə qarşı sui-qəsdin hazırlanması barədə əməliyyat məlumatı daxil olub.
"Daxil olan məlumatdan sonra Təhlükəsizlik və İnformasiya Agentliyi (TİA - Serbiyanın əks-kəşfiyyat strukturu) və polis cinayətkar qrupun üzvlərini müəyyən edib. Məlum olub ki, mütəşəkkil cinayətkar qrupa Monteneqrodan olan "Kavaç klanı"nın başçısı, əvvəllər Serbiya hakimiyyəti tərəfindən axtarışa verilmiş Radoe Zvitser rəhbərlik edir", deyə nazir vurğulayıb.