Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 14:08
Fransa Vergi Ödəyiciləri Assosiasiyasının siyasi təmsilçisi Nikolas Miqe Fransanın Sen-Vio şəhəri yaxınlığındakı kəndlərin şura üzvlərinə çips qutuları göndərib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bununla da o, qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmək üçün onların imzalarını təmin etməyə çalışıb.
Belə ki, mövcud qanunvericiliyə görə, Fransa Respublikasının prezidentliyinə namizəd seçkili vəzifəli şəxslərdən 500 imza toplamalıdır.
Qeyd edək ki, Nikolas Miqe 2002-ci ildən bəri hər dəfə prezidentliyə namizəd olmağa çalışır, lakin hər dəfə də ictimaiyyətin dəstəyini qazana bilmir. Bu dəfə də "əbədi namizəd"in cəhdi baş tutmayıb.
Xatırladaq ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək.